2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

QHT.az xəbər verir ki, tarixi an zamanı Prezident İlham Əliyev çıxış edərək qeyd edib:

“Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu tarixi hadisədən iki il ötür. Bu gün Xankəndi və ətraf bölgələr sürətlə dirçəlir, region qlobal əməkdaşlığın, türk birliyinin və davamlı inkişafın mərkəzinə çevrilir.

Bu şanlı günü bizə yaşadan bütün qəhrəman şəhidlərimiz dərin ehtiramla yad olunur.

Qarabağ Azərbaycandır!