Ali Baş Komandan İlham Əliyev Xankəndində keçirilən “Qarabağ” - “MOİK” oyununu şəhid övladları ilə birgə izləyir.

QHT.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun Xankəndi şəhər stadionunda keçirilib. Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası Matçı idarə edir.

 

Pərvanə Fərhadqızı