“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid Məhəmmədov Musanın bacısı Aysel və Sənanın nigah mərasimi münasibətilə onları təbrik edib.

QHT.az xəbər verir ki, Tünzalə Abduləlimova onların həyatlarının ən önəmli və unudulmaz günlərindən biri münasibətilə ürəkdən təbrik edib və onlara sonsuz xoşbəxtliklər arzulayıb.

İctimai birlik tərəfindən vurğulanıb ki, şəhid ailələrinin xoş günlərində onların yanında olmaq, həmrəyliyi nümayiş etdirmək hər kəs üçün müqəddəs vəzifədir.

Qeyd edək ki, şəhid Musa Məhəmmədov 2020-ci il Vətən müharibəsində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Pərvanə Fərhadqızı