“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid İxtiyar Bayramovun ailəsi ilə görüşüb.

QHT.az xəbər verir ki, görüş zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, ailəsinə dərin hörmət və minnətdarlıq ifadə olunub. Qeyd edək ki, İxtiyar Bayramov 22 sentyabr 2023-cü ildə Antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb. Onun 2-ci ildönümündə ailəsi, yaxınları və ictimaiyyət nümayəndələri bir araya gələrək qəhrəman övladımızın əziz xatirəsini yad ediblər.

Tünzalə Abduləlimova bildirib ki, şəhidlərin xatirəsini yaşatmaq, ailələrinin yanında olmaq hər kəsin borcudur: “Ruhun şad olsun!”