“Din və Qadın Hüquqları” İctimai Birliyinin sədri Tünzalə Qardaşova QHT.az-a açıqlamasında bildirib ki, suverenlik mövzusunda aparılan maarifləndirmə işləri gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşmasına mühüm təsir göstərir.
Onun sözlərinə görə, gənclər dövlətin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının necə böyük dəyər daşıdığını dərk etdikdə, öz vətəninə daha çox bağlı olurlar:
“Bu cür biliklər vətənə sədaqəti, milli kimliyi və dövlətçilik prinsiplərinə hörməti gücləndirir. Maarifləndirmə gənclərə göstərir ki, suverenliyin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın da vəzifəsidir”.
Tünzalə Qardaşova vurğulayıb ki, dövlət suverenliyi hüquqi baxımdan dövlətin müstəqil və ali hakimiyyətə sahib olması deməkdir:
“Yəni dövlət öz ərazisində qanunvericilik, icra və məhkəmə hakimiyyətini sərbəst şəkildə həyata keçirir və qəbul etdiyi qərarlar bütün vətəndaşlar üçün məcburidir. Heç bir başqa güc dövlətin daxili işlərinə müdaxilə edə bilməz”.
Pərvanə Fərhadqızı






