"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Quba Şahdağ Truskavets sanatoriya mərkəzində müalicə alan şəhid ailələri ilə görüş keçirib.
QHT.az xəbər verir ki, görüşdə ailələrin qarşılaşdığı problemlər, onların təklifləri və vikipediyadan şəhid məlumatlarının silinməsi məsələləri müzakirə olunub. Tünzalə xanım, bəzi qüvvələrin şəhid ailələrindən sui-istifadə hallarının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, görüşün təşkilində Tünzalə xanıma və sanatoriya mərkəzinin rəhbərliyinə şəhid ailələri tərəfindən təşəkkür edilib. Abduləlimova, gələcəkdə də bu cür tədbirlərin davam etdiriləcəyini bildirərək, “Unutmayaq, bir olaq və gələcəyə addım ataıq” çağırışını edib.
Bu görüş, şəhid ailələrinin birliyini gücləndirmək və onların problemlərinə diqqət çəkmək məqsədini güdür.












