20 sentyabr 2024-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Peşə Liseyi və “Shirvan Operating Company Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində neftçilər gününə həsr olunmuş tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Şirvan şəhərinin rəhbərliyi, neft sənayesində çalışan mütəxəssislər, gənc fəallar və ictimaiyyət nümayəndələri iştirak edib. Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov, neftçilərin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyəti haqqında çıxış edərək, bu sahənin inkişafına dəstək verən hər kəsə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində iştirakçılara neftçilər günü münasibətilə müxtəlif mükafatlar təqdim edilib və sənaye sahəsindəki nailiyyətlər müzakirə olunub.

 

Pərvanə Fərhadqızı