Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, ictimai xadim Müqamət Süleyman oğlu Əliyev (Muğan) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 sentyabrı Dövlət Suverenliyi Günü kimi təsis edən sərəncamına münasibətini bildirib. O, bu günün tarixi əhəmiyyətindən və dövlət müstəqilliyinin möhkəmlənməsindəki rolundan bəhs edib.
QHT.az xəbər verir ki, QHT sədri vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu və dövlət müstəqilliyinin möhkəmləndirildiyini sübut edir. O, 20 sentyabrın bayram kimi təsis olunmasını Azərbaycan xalqının dövlətçiliyə bağlılığını və Vətən sevgisini göstərən əlamətdar bir addım kimi qiymətləndirib.
"Bu gün münasibətilə vətənpərvər xalqımı və Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm. Gənc Vətənpərvərlər İctimai Birliyi adından Ali Baş Komandana təşəkkürümü bildirirəm," – deyə Müqamət Əliyev qeyd edib. O, həmçinin Azərbaycanın qarşıda daha böyük nailiyyətlər və qələbələr əldə edəcəyinə inandığını əlavə edib.
Müqamət Əliyev Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq, ölkənin dövlətçilik təfəkkürünü və idarəetmə mədəniyyətini dünya səviyyəsində nümayiş etdirməyə davam edəcəklərini bildirib.












