Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ümumilikdə 37 uşağın iştirak etdiyi yay düşərgələri təşkil olunub.

QHT.az xəbər verir ki, müharibə iştirakçısı və şəhid ailələrindən olan uşaqlar, təlim fəaliyyətində fərqlənən məktəblilər, Mərkəz benefisiarlarının cəlb olunduğu düşərgələrin təşkil olunmasında məqsəd uşaqların vətənpərvərlik və milli-mənəvi ruhda formalaşmasına töhfə verməkdir.

“Uşaqlar bizim gələcəyimizdir” və “Vətəni tanıyaq!” devizli düşərgələrdə iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

Pərvanə Fərhadqızı