“Azərbaycan Dövlət İqtisad Universitetinin hər bir tələbəsinə qayğı ilə yanaşmaq bizim borcumuzdur. Mənim bu müraciətim isə xüsusi diqqətə ehtiyac duyan, hər kəs kimi keyfiyyətli təhsil almağa haqqı olan əlilliyi olan gənclərimizədir. Məqsədimiz həm də Universitetdə inkluziv təhsili inkişaf etdirməkdir və bunun üçün universitetimizdə "İnkluziv Təhsil Mərkəzi" fəaliyyət göstərir”.

QHT.az xəbər verir ki, bu sözləri Universitetin rektoru Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, əlilliyi olan hər bir gənci Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almağa dəvət edirəm: “Vətənizimizin uğurlu gələcəyi naminə savadlı, bacarıqlı Azərbaycan gənci adına sahib olmaq Sizin haqqınızdır və hər bir uğurunuza biz ikiqat sevinirik. UNEC ailəsində Sizi görməkdən böyük qürur hissi duyarıq. Tələbə yoldaşlarınızla birgə elm və təhsilin zirvəsini fəth edəcəyinizə, əzmkar və çalışqan ruhunuzla UNEC-in uğurlarına uğur qatacağınıza qəlbən inanırıq”.

 

Pərvanə Fərhadqızı