“Təhsil Avtobusu – Gələcəyə Doğru” layihəsinin növbəti dayanacağı Neftçala şəhəri olub.

QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də dəstək verdiyi "Yay məktəbi"ndə 34 şagird üçün kodlaşdırma və robototexnika, yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, ilkin sahibkarlıq anlayışları və STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil edilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində keçirilir.

 

Pərvanə Fərhadqızı