UNEC-də keçirilən təqdimat mərasimində rektor professor Ədalət Muradov, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov iştirak edib.
QHT.az xəbər verir ki, “Data və süni intellekt sertifikasiya proqramı”nda iştirak etmək üçün UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsindən 22 tələbə seçilib. ABB-nin data və süni intellekt sahəsində çalışan peşəkar mütəxəssisləri tərəfindən onlara UNEC-in Kompüter Elmləri Laboratoriyasında 6 aylıq xüsusi dərslər tədris olunacaq. Tələbələrin təlimlərdə iştirakı onların istehsalat təcrübəsi kimi də qəbul ediləcək. Sertifikasiyanı uğurla tamamlayan tələbələrin ABB-də işə qəbul imkanları da nəzərdən keçiriləcək.












