TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU

 

 

Bütün tender iştirakçılarına                                                                                  01.02.2021

 

Tenderin adı:  Tərcüməçi xidmətlərinin satınalınması

Layihə adı: “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi”

İcraçı: «Yerli İdarəetməyə Yardım» İctimai Birliyi

Donor: Avropa İttifaqı

 

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində Tərcüməçi xidmətlərini satın almaq niyyətindədir. Bununla əlaqədar olaraq Sizi əlavə edilmiş Elana uyğun təklifinizi verməyə dəvət edirik. Tenderdə hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilər.

Müraciət üçün son tarix:  17.02.2021-ci il 

Təklifə aşağıdakı sənədlər daxildir:

1)       İddiaçının CV-si;

2)       İşə marağı ifadə edən məktub (cover letter);

Təkliflər keyfiyyət və qiymət meyarları əsasında qiymətləndiriləcək və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.

Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı ilə əlaqə saxlanacaqdır. Müsabiqədən keçməyən iştirakçılara tenderin nəticələri haqqında cavab göndərilməyəcəkdir.

 Əlavələr:

a)      Malların (işlərin, xidmətlərin) qiymət cədvəli - (əlavə 1)

b)      Elan - (əlavə 2)

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 15 Fevral 2021-ci il tarixinədək [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 15 Fevral 2021-ci il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.

  

Tender komissiyasının sədri