İş elanı № 017/BVET

 

Pozisiya: Keyfiyyət təminatı üzrə mütəxəssis

Ərazi: Baku, Azerbaijan

Müraciət üçün son tarix:  21.02.2021

Müqavilə növü: Xidməti müqavilə

Müqavilənin vaxtı:  5 ay 

 

Haqqında

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda Peşə Təhsili və Tədrisi Mərkəzlərinin müasirləşdirilməsi proqramı çərçivəsində “Bərdə Peşə liseyinin Modernləşdirilməsi” layihəsini həyata keçirir. Layihənin ümumi məqsədi Bərdə peşə liseyində Avropa standartlarına və təcrübələrinə uyğun olaraq keyfiyyəti, münasibətləri və bərabərliyi artırmaqla peşə tədrisi və təlimini modernləşdirməkdən ibarətdir.

 

Təsvir

Keyfiyyət təminatı üzrə mütəxəssis - VET keyfiyyətinin təmin edilməsi üçün beynəlxalq və milli uğurlu təcrübələrin qiymətləndirilməsinin aparılması, davamlı monitorinq, müntəzəm qiymətləndirmə daxil olmaqla Bərdə Peşə Liseyinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tövsiyələrin hazırlanmasında məsul olacaqdır

 

Vəzifə və öhdəlikləri 

 Seçilmiş müəllim və idarə heyətindən ibarət Keyfiyyət təminatı qrupunun yaradılması;

 Siyasət və tənzimləmə çərçivələri, texniki standartlar və yanaşmalar daxil olmaqla, VET keyfiyyətinin təmin edilməsi üçün beynəlxalq və milli uğurlu təcrübələrin qiymətləndirilməsinin aparılması;

 Davamlı monitorinq, müntəzəm qiymətləndirmə daxil olmaqla Bərdə Peşə Liseyinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tövsiyələrin/vəsaitin hazırlanması; 

 Bərdə Peşə Liseyinin müəllimlərin işi və sisteminin əməliyyat prosesləri və vəzifələri daxil olmaqla keyfiyyət təminatı üzrə təlimlərin təşkil edilməsi;

 Ehtiyac olduğu təqdirdə Bərdə və ətraf rayonlara səfər etmə imkanı;

 Layihə direktoruna aylıq, rüblük və illik inkişaf hesabatlarının hazırlanmasından məsuldur; 

 Fəaliyyət Planına uyğun olaraq layihə fəaliyyətlərinin vaxtında və adekvat həyata keçirilməsini həyata keçirir;

 

Tələb olunan bacarıq və təcrübə

Təhsil:

 Beynəlxalq Münasibətlər, Layihə İdarəetmə, Sosial Elmlər və digər hər hansı bir sahədə universitet dərəcəsi;

 

Təcrübə:

 Xüsusilə keyfiyyət təminatında araşdırma, təhlil, idarəetmə və ya qiymətləndirmə üzrə 5 illik müvafiq iş təcrübəsi;

 Məlumatların hesabatı, monitorinqi və qiymətləndirilməsi, idarə olunması və sənədləşdirilməsi təcrübəsi;

 Potensialın artırılması, komanda qurulması və komanda işi üçün yaxşı təcrübə və bacarıq; 

 Kompüter bilikləri; 

 

Dil bilikləri:  

 İngilis dilində şifahi və yazılı biliklər;

 Rus dili biliyi bir üstünlük olacaq, amma şərt deyil;

 

Müraciət:

Xahiş olunur ki,  CV-lərinizi və rekomendasiya məktubunu Sizi maraqlandıran pozisiyanı göstərməklə [email protected]  ünvanına göndərəsiniz.

Yalnız şort-listə düşən namizədlərlə əlaqə saxlanılacaqdır