TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU
Bütün tender iştirakçılarına 10.02.2021
Tenderin adı: Sosial media üzrə ekspert
Layihə adı: “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi
İcraçı: «Yerli İdarəetməyə Yardım» İctimai Birliyi
Donor: Avropa İttifaqı
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində Sosial media üzrə ekspert xidmətlərini satın almaq niyyətindədir. Bununla əlaqədar olaraq Sizi əlavə edilmiş Elana uyğun təklifinizi verməyə dəvət edirik.
Müraciət üçün son tarix: 22.02.2021-ci il
Təklifə aşağıdakı sənədlər daxildir:
1) İddiaçının CV-si, oxşar təcrübə/portfolio
2) VÖEN və bank rekvizitləri
3) Əlaqə məlumatları
Təkliflər keyfiyyət və qiymət meyarları əsasında qiymətləndiriləcək və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.
Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı ilə əlaqə saxlanacaqdır. Müsabiqədən keçməyən iştirakçılara tenderin nəticələri haqqında cavab göndərilməyəcəkdir.
Əlavələr:
a) Malların (işlərin, xidmətlərin) qiymət cədvəli - (əlavə 1)
Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 20 Fevral 2021-ci il tarixinədək [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.
Tender komissiyasının sədri












