TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU
Bütün tender iştirakçılarına 13.02.2021
Tenderin adı: Klaster və klasterləşmə üzrə ekspert
Layihə adı: “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” Layihəsi”
İcraçı: «Yerli İdarəetməyə Yardım» İctimai Birliyi
Donor: Avropa İttifaqı
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsi çərçivəsində Klaster və klasterləşmə üzrə ekspert xidmətlərini satın almaq niyyətindədir. Bununla əlaqədar olaraq Sizi əlavə edilmiş Elana uyğun təklifinizi verməyə dəvət edirik.
Müraciət üçün son tarix: 27.02.2021-ci il
Təklifə aşağıdakı sənədlər daxildir:
- İddiaçının CV-si
- İşə marağı ifadə edən məktub (cover letter)
- Malların (işlərin, xidmətlərin) qiymət cədvəli
Təkliflər keyfiyyət və qiymət meyarları əsasında qiymətləndiriləcək və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.
Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı ilə əlaqə saxlanacaqdır. Müsabiqədən keçməyən iştirakçılara tenderin nəticələri haqqında cavab göndərilməyəcəkdir.
Əlavələr:
Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 25 Fevral 2020-ci il tarixinədək [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır.
Tender komissiyası
Əlavə
- Malların (işlərin, xidmətlərin) qiymət cədvəli - (əlavə 1)
- Elan - (əlavə 2)
- Dəvət məktubu
- Fəaliyyət planı












