İş Elanı № 015/BVET

 

Vəzifə: Kurikulum İnkişafı üzrə mütəxəssis

Ərazi: Bakı, Azərbaycan

Müraciət üçün son tarix:  08.04.2021

Müqavilə növü: Xidməti müqavilə

Müqavilənin vaxtı: 5 ay

 

Haqqında

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda Peşə Təhsili və Tədrisi Mərkəzlərinin müasirləşdirilməsi proqramı çərçivəsində “Bərdə Peşə liseyinin Modernləşdirilməsi” layihəsini həyata keçirir. Layihənin ümumi məqsədi Bərdə peşə liseyində Avropa standartlarına və təcrübələrinə uyğun olaraq keyfiyyəti, münasibətləri və bərabərlyi artırmaqla peşə tədrisi və təlimini modernləşdirməkdən ibarətdir.

 

Təsvir

Layihə Direktorunun rəhbərliyi və nəzarəti altında, Kurikkulum  İnkişafı üzrə mütəxəssis  yeni modulların hazırlanması, müəllimlərə məsləhət verilməsi və yeni tədris proqramları üzrə tədris və təlimat materiallarının hazırlanması daxil olmaqla, Bərdə Peşə Liseyində yeni tədris proqramlarının hazırlanmasına və həyata keçirilməsinə cavabdehdir.

 

Vəzifə və öhdəlikləri

 Kurrikulumun təqdim edilməsi üçün yeni müəllimlərin / təlimçi-ustaların müəyyənləşdirilməsi, seçilməsi və işə qəbulu

 Yeni və innovativ tədris proqramlarının tədqiqi

 Kurrikulumun inkişafı və çatdırılma mexanizminin idarə olunması. Çatdırılma mexanizmi təlim sistemlərini və vasitələrini, tədris metodologiyalarını və dəstək materiallarını ehtiva edir

 Müəllim/təlimçi-ustalar üçün Təlimçilər üçün Təlimin təşkilində, həmçinin yeni kurrikulumun tətbiqi ilə bağlı digər aspektlərin və metiodologiyanın həyata keçirilməsində cavabdehdir;

 Yerli, regional və milli maraqlı tərələrin iştirakı ilə yeni kurrikulum tətbiqi ilə bağlı seminarların keçirilməsinə nəzarət etmək və kurrikulum standartlarında ən uğurlu təcrübəyə uyğunluğunu təmin etmək;

 Yerli icma üzvləri, tələbə və valideynlər üçün yeni kurrikulumun tətbiqi və gözlənilən nəticələr barədə icma məlumatlandırma sessiyalarının təşkilində Bərdə heyyətinə dəstəyin göstərilməsi;

 Təhsil tələbləri haqqında bilikli olmaq məqsədilə yerli və dövlət qurumları ilə əlaqələr qurmaq

 Ehtiyac yarandıqda  Bərdə və ətraf rayonlara səfər etmək;    

 Aylıq, rüblük və illik icraat hesabatlarının hazırlanmasına və layihə direktoruna təqdim olunmasında cavabdehlik;

 Fəaliyyət Planına uyğun olaraq layihənin fəaliyyətlərinin vaxtında və lazımi şəkildə həyata keçirilməsini təmin etmək.

 

Tələb olunan bacarıq və təcrübə

 

Təhsil:

 Təhsil və ya digər sosial elm sahəsi üzrə universitet dərəcəsi

 

Təcrübə

 Kurrikulumların hazırlanması və çatdırılması  üçün lazımi təcrübə, təlim və tədris resursları;

 Yaşlıların təhsili, təlim, ünsiyyət və heyyətin təkmilləşdirilməsi fəaliyyətləri üzrə əvvəlki təcrübə;

 Beynəlxalq təşkilatlarda (BMT agentlikləri, Aİ və s.) iş təcrübəsi arzuolunandır;

 Potensialın artırılması, komandanın qurulması və komanda işi üzrə yaxşı təcrübə və bacarıqlar;

 Kompüter bilikləri.

 

Dil bilikləri:

 Mükəmməl Azərbaycan dili biliyi

 Yazılı və şifahi İngilis dili

 Rus dili biliyi əlavə üstünlük kimi qəbul edilir

 

Müraciətlərin qəbulu:

Xahiş olunur ki,  CV-lərinizi və rekomendasiya məktubunu Sizi maraqlandıran pozisiyanı göstərməklə [email protected]  ünvanına göndərəsiniz.

Yalnız şort-listə düşən namizədlərlə əlaqə saxlanılacaqdır