18 iyun 2026-cı il tarixində Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarlığın İnkişafı üçün Xarici Ölkə Modelləri” mövzusunda forum keçirilir. Tədbir sahibkarlığın inkişafı, beynəlxalq təcrübələrin öyrənilməsi və sosial-inklüziv biznes imkanlarının təşviqi məqsədilə təşkil olunur.
QHT.az xəbər verir ki, Forum iştirakçıların qeydiyyatı, qadın sahibkarların və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlığı, həmçinin milli musiqi və rəqs proqramı ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyulub.






