Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti baş leytenantı olan Nurlan Əhliman oğlu Fərəməzov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və 9 oktyabr tarixində yaralı hərbçiləri döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, o, 1 may 1992-ci ildə Astara rayonunun Təngərud kəndində anadan olub. 2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb.
Nurlan Fərəməzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz 10 oktyabr tarixində doğulduğu kənddə torpağa tapşırılıb.
Ruhu şad olsun!






