“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhidlərimizin xatirəsini yaşatmaq və ailələrinə dəstək olmaq məqsədilə bir sıra mühüm fəaliyyətlər həyata keçirir.
QHT.az xəbər verir ki, bu barədə məlumat verən “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib ki, onun rəhbərlik etdiyi təşkilat, şəhid ailələrinin sosial rifahını artırmaq, onların hüquqlarını müdafiə etmək və cəmiyyətin bu ailələrə olan diqqətini artırmaq üçün müxtəlif layihələr həyata keçirir. Tünzalə Abduləlimova şəhid ailələrinin problemləri ilə yaxından maraqlanır və onların hüquqlarının qorunması üçün müvafiq dövlət orqanları ilə əməkdaşlıq edir. O, həmçinin şəhid ailələrinin təhsil, iş və sosial təminat məsələlərində dəstək verərək, onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışır.
QHT sədri bildirib ki, təşkilatın həyata keçirdiyi fəaliyyətlər arasında şəhid ailələri üçün sosial və psixoloji dəstək xidmətləri, təhsil və məşğulluq proqramları, eləcə də müxtəlif xeyriyyə tədbirləri təşkil etmək yer alır:
"Bu fəaliyyətlər, şəhid ailələrinin cəmiyyətə inteqrasiyasını təmin etmək və onların həyat keyfiyyətini yüksəltmək məqsədini güdür. “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, şəhidlərimizin ailələrinə olan diqqət və qayğını artırmaqla yanaşı, cəmiyyətdə şəhidlərimizin və onların ailələrinin əhəmiyyətini vurğulamağa çalışır".
Pərvanə Fərhadqızı






