Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdərə rayonunun Vəngli kəndinə, Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə köçlə bağlı püşkatma mərasimi keçirilib.

QHT.az xəbər verir ki, Komitə yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri – Fəridə Cabbarova, Hafiz Səfixanov və Həcər Əkbərova mərasimdə iştirak ediblər. Vətəninə qayıdan keçmiş məcburi köçkünlərimizi təbrik edir, onlara doğma yurdlarında xoş və firavan həyat arzulayırıq.

Mərasim zamanı Komitə tərəfindən sakinlərə mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx təqdim olunub. İctimai Şura olaraq, püşkatma mərasiminin qanunvericiliyə uyğun və şəffaf şəkildə təşkilinə görə Komitənin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.