Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Mustafazadə 26 sentyabr 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu olan Elçin Mustafazadə 2020-ci ilin Tovuz döyüşləri zamanı iyulun 13-dən 14-nə keçən gecə mənfur erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Elçin Mustafazadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!












