27 sentyabr - Anım Günü münasibətilə “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları və könüllüləri ikinci Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədini güdürdü.

QHT.az xəbər verir ki, ziyarət zamanı iştirakçılar şəhidlərin məzarlarını ziyarət edərək, onlara gül qoydular və ruhlarına dualar etdilər. Bu tədbir, şəhidlərimizin fədakarlığını unutmamağın və onların xatirəsini yaşatmanın önəmini bir daha vurğuladı.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, şəhidlərimizin mücadiləsini və onlara olan ehtiramı gələcək nəsillərə çatdırmağın vacibliyini qeyd edərək, bu cür tədbirlərin davamlı olacağını bildirdilər. Şəhidlərimizin ruhu daim bizimlədir!