Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a özəl açıqlamasında Qarabağın bərpası və sosial rifahın artırılması istiqamətində həyata keçirdikləri layihələr haqqında danışıb. O, bildirib ki, təşkilatın adı da özündə vətəndaşların sosial rifahını ön plana çıxarır.
"Biz Qarabağa səfərlər etdik və oradakı vəziyyətlə yerində tanış olduq. Hazırda dövlət tərəfindən genişmiqyaslı tikinti işləri aparılır, yollar salınır, infrastruktur layihələri həyata keçirilir. Gələcəkdə regionda peşə kurslarının təşkil edilməsi, yeni iş yerlərinin yaradılması və beynəlxalq donorların cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik, - deyə Rizazadə qeyd edib.
İradə Rizazadə, təhsil sahəsində savadlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb: “Burada infrastrukturun daha zəngin olmasında, insanların sosial problemlərinin həllində yaxından iştirak etməyə çalışacağıq.”
Qeyd edək ki, QHT sədri Qarabağda sosial rifahın artırılması üçün kurslar açılacağını, iş yerləri yaradılacağını və donorların cəlb olunacağını vurğulayıb. Təşkilat, sosial problemlərin həllinə yönəlmiş fəaliyyətlərini davam etdirəcəyini bildirib.
Pərvanə Fərhadqızı
QHT.az












