ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Böyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlik və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən "Xarıbülbül" payız düşərgəsinin iştirakçıları olan şəhid övladları Xankəndi şəhərində yerləşən Qarabağ Universitetini ziyarət ediblər.
QHT.az xəbər verir ki, düşərgə iştirakçıları ilə görüşən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qəhrəman şəhidlərimizin övladlarını universitetlərində qarşılamaqdan qürur hissi duyduqlarını ifadə edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.












