İspaniya və Böyük Britaniya alimlərinin apardığı yeni araşdırmaya görə, səhər yeməyini mütəmadi olaraq gec saatlarda yemək qan şəkərinin tənzimlənməsinə mənfi təsir göstərə bilər. Araşdırmada müəyyən edilib ki, səhər yeməyini daha erkən yeyən insanlarda qlükoza mübadiləsi daha stabil olur və metabolik pozğunluqların riski daha aşağı müşahidə edilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, orqanizmin bioloji saatı səhər saatlarında qidaların emalına daha yaxşı uyğunlaşır. Bu səbəbdən günün ilk qidasını uzun müddət gecikdirmək insulinə həssaslığı azalda və zamanla 2-ci tip diabet riskini artıra bilər.
Mütəxəssislər bildirirlər ki, səhər yeməyi zülal, tam taxıllar və meyvə kimi qidalarla balanslaşdırıldıqda daha faydalı olur. Bununla yanaşı, onlar vurğulayırlar ki, sağlam qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik birlikdə metabolik sağlamlığın qorunmasında mühüm rol oynayır.
Piranə Xasiyeva












