Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, İctimai şuranın sədri, millət vəkili, akademik Nizami Cəfərov, baş idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər və əməkdaşları iştirak ediblər.

QHT.az xəbər verir ki, "Bakı" qalereyasının direktoru Eldəniz Babayev keçirilən dinləmədə rəssamların qarşılaşdığı problemlər və onların aradan qaldırılması üçün atıla biləcək addımların dəyərləndirilməsi haqqında çıxış edib. Onun sözlərinə görə, müxtəlif peşələrlə bağlı, hətta qeyri- peşə sahələri ilə bağlı müəyyən günlər var: “Bu günlərin də qeyd olunduğu dövrdə ölkə rəhbərliyi və Nazirlik tərəfindən təqdimatlar edilir. Bu sahədə bir gün olsa, bəhanə olar ki, yaşlı və orta nəsil dəyərləndirilsin”.

Daha ətraflı videoda:

 

Pərvanə Fərhadqızı