Yüksək temperatur qida məhsullarında bakteriyaların daha sürətlə çoxalmasına səbəb olur. Buna görə də mütəxəssislər yay aylarında qidaların saxlanması və hazırlanması zamanı gigiyena qaydalarına ciddi əməl etməyin vacibliyini bildirirlər.
QHT.z xarici mediaya istinadən bildirir ki, həkimlərin sözlərinə görə, xüsusilə ət, süd məhsulları, yumurta, balıq və bişmiş yeməklər otaq temperaturunda uzun müddət saxlanıldıqda qida zəhərlənməsi riski artır.
Qida zəhərlənməsinin əsas əlamətləri ürəkbulanma, qusma, ishal, qarın ağrısı, yüksək hərarət və halsızlıqdır. Bu simptomlar meydana çıxdıqda bol maye qəbul etmək və vəziyyət ağırlaşarsa, həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, qidaların soyuducuda uyğun temperaturda saxlanılması, meyvə və tərəvəzlərin yaxşı yuyulması, çiy və bişmiş məhsulların ayrı saxlanılması, həmçinin yeməklərin açıq havada uzun müddət gözlədilməməsi qida zəhərlənməsinin qarşısını almaqda mühüm rol oynayır.












