Yay aylarında kondisionerlər istidən qorunmağın ən geniş yayılmış vasitələrindən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, cihazlardan düzgün istifadə olunmadıqda müxtəlif sağlamlıq problemləri yarana bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, əkimlərin sözlərinə görə, otaq temperaturunun həddindən artıq aşağı salınması boğaz ağrısı, əzələ spazmları, baş ağrısı və boyun nahiyəsində ağrılara səbəb ola bilər. Müntəzəm təmizlənməyən kondisionerlərdə isə toz, kif və bakteriyalar toplanaraq allergiya və tənəffüs yolu problemlərinin yaranma riskini artırır.
Mütəxəssislər otaq temperaturunun 24–26 dərəcə arasında saxlanılmasını, soyuq havanın birbaşa insanın üzərinə yönəldilməməsini və kondisioner filtrlərinin mütəmadi olaraq təmizlənməsini tövsiyə edirlər.
Onların fikrincə, kondisionerdən düzgün istifadə həm rahatlığı təmin edir, həm də yay mövsümündə sağlamlığın qorunmasına kömək edir.












