“Şəffaflığın və ədalətli mühitin təmin edilməsi ilk olaraq seçkilərin azad, demokratik keçirilməsindən irəli gəlir. Seçki günü vətəndaşlar sərbəst şəkildə seçki məntəqlərinə getməli və istədikləri namizədə səs verməlidirlər”.

Bu fikri "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a açıqlamasında bildirib. Medianın heç bir maneə olmadan seçki prossesini işıqlandırmalı olduğunu bildirən QHT sədri həmçinin qeyd edib ki, eləcə də yerli və beynəlxalq müşahidəçilərin iştirakı təmin olunmalıdır: “Sonda səslər açıq şəkildə sayılmalıdır”.

Qeyd edək ki, 2016-cı ildə keçirilən referendum seçkiləri nəticəsində Konstitusiyada dəyişilik edilərək prezidentlik müddəti 5 ildən 7 ildək uzadılıb. Konstitusiyaya görə Prezident İlham Əliyevin prezidentlik səlahiyyəti 2025-ci ildə başa çatır.

 

Pərvanə Fərhadqızı