Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı növbədənkənar prezident seçkisi ilə bağlı QHT.az- a müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.
QHT.az: Dəyanət müəllim, qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?
Dəyanət Osmanlı: Ölkəmizdə builki Prezident seçkilərinin böyük coşqu və inamla keçəcəyinə əminəm. Çünki bu, artıq torpaqlarını erməni işğalından azad etmiş, XXI yüzildə ilk dəfə müharibədə Zəfərə atmış bir dövlətin Prezident seçkiləridir. Uzun illər məşəqqətlər yaşamış Azərbaycan xalqı bu gün dünyada başını dik tutub siyasət yürüdən dövləti ilə fəxr etməlidir. Mən bir yazar, jurnalist və QHT sədri olaraq Prezident seçkilərinin əhmiyyətinə bu istiqamətdən yanaşıram.
QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?
Dəyanət Osmanlı: "Türk Dünyası İnfo" İB həmişə ictimai-siyasi, mədəni proseslərdə dövlətçilik və millilik mövqeyini qoruyaraq iştirak edib, dəyərləndirib və fəaliyyəti üçün nəticə çıxarıb. Qloballaşmanın dünyada təsirlərindən, əsaslarından biri də milli bağların üzə çıxması və xalqların öz kökü, kimliyi üzərində inkişafıdır. Bu gün Türk dövlətlərinin birlik olaraq təşkilatlanması da bu qəbildən olan gerçək hərəkatdır. Və bu işdə Azərbaycanın xidməti böyükdür. Ona görə də, seçici artıq müəyyən təcrübəyə malik, gerçəyi və öz səsini qiymətləndirən, gələcəyin hesabını düşünən vətən insanı olaraq bu seçkilərdə həvəslə iştirak edəcəkdir, - deyə bilərik.
QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?
Dəyanət Osmanlı: Mən həm QHT sədri, hə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü kimi seçkilərlə bağlı bir sıra tədbirlərdə iştirak etmiş və mövqeyimi etmişəm. Azərbaycan Cənubi Qafqaz regionunda birinci nüfuz sahibidir. Dünyada ədalətli siyasət yürüdən dövlət kimi ad çıxarıb. Beynəlxalq aləmin həll edə bilmədiyi 30 illik münaqişəni 44 günə, həm də Zəfərlə həll etmiş, daxildə sosial bərabərliyi qoruyan bir ölkədir. Əlbəttə ki, bütün böyük uğurlar tarixə Müzəffər Prezident olaraq düşmüş cənab İlham Əliyevin adıyla birbaşa bağlıdır. Və inanıram ki, xalqımız da bu ilki Prezident seçkilərində qalibiyyətə, inkişafa səs verəcək. Cəmiyyət kimi seçdiyinə əmin olandan sonra şəffalıqdan, ədalətdən başqa heç bir neqativdən söhbət gedə bilməz. Bu gün (və həmişə!) Azərbaycan xalqının əhval-ruhiyyəsi odur ki, müzəffər İlham Əliyevin liderliyinə alternativ yoxdur.
Pərvanə Fərhadqızı
QHT.az












