Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Məhərrəm Seyidov 1990-cı ilin bu günü erməni silahlı qüvvələrinin Sədərək rayonunun Kərki kəndinə hücumu zamanı son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olub.

O, 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olub. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlayan Məhərrəm Seyidov Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirdikdən sonra Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışmağa başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!