1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova gənclərin sağlamlıq mədəniyyəti və maarifləndirilməsi barədə fikirlərini QHT.az -a bölüşüb.
QHT sədri bildirib ki, QİÇS-dən qorunmaq üçün ən mühüm addımlardan biri təhlükəsiz davranışlara əməl etmək, riskli münasibətlərdən uzaq durmaq və qoruyucu vasitələrdən istifadəyə diqqət yetirməkdir:
“Gənclər QİÇS-in necə yayıldığını yaxşı bilməli, təhlükəsiz davranışlara üstünlük verməli və erkən testdən keçməyin vacibliyini dərk etməlidirlər. Düzgün məlumatlanmaq risklərdən qorunmada əsas rol oynayır. Gənclərin sağlamlıq mədəniyyəti haqqında məlumatlılığının artırılması vacibdir".
QHT rəhbəri bütün qurumları və müvafiq strukturları gənclər arasında məlumatlandırma işlərinin genişləndirilməsi istiqamətində əməkdaşlığa çağırıb.
Pərvanə Fərhadqızı












