Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsini həyata keçirir.
Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının)” fəaliyyətiin dəstəklənməsidir.
Təşkilatın rəhbəri Sudabə Məmmədova QHT.az-a bildirib ki, xüsusən ölkəmiz üçün bu çətin dövrdə Agentlik tərəfindən sığınacağın dəstəklənməsi çox əhəmiyyətlidir. Layihə 3 aylıq bir dövrü əhatə edir. Layihənin icrası dövründə aşağıda qeyd olunan vəzifələrin icra olunması nəzərdə tutulur.
• Mərkəz barədə KİV-lərdə məlumatlandırma kompaniyası aparmaq;
• Mərkəzə istiqamətləndirilmiş zorakılıq qurbanlarının effektiv sosial – tibbi reabilitasiyasını həyata keçirilməsi üçün Gəncə şəhər və ətraf rayonların icra hakimiyyəti, hüquq-mühafizə orqanları, QHT, səhiyyə və təhsil idarələri və digər aidiyyatı qurumları ilə əlaqələri genişləndirmək;
• Mərkəzə müraciət edən insanların ilkin ehtiyaclarını ödəmək, ehtiyac olarsa təhlükəsiz sığınacaqla təmin etmək, onlara psixoloji və hquqi yardımları göstərmək, Sosial Reabilitasiya-Reinteqrasiya prosesinə cəlb etmək;
• Sığınacaqda 20 nəfərin eyni vaxtda yaşaması üçün uygun şərait mövcuddur. Layihə çərçivəsində 3 ay ərzində Mərkəzdə müvəqqəti yaşayan, zorakılıqdan əziyyət çəkən qadın və uşaqların ilkin ehtiyaclarını ödəmək, ərzaq və isti yeməklə təmin etmək. Qadınlar və uşaqları gigiyenik vasitələr, uşaq bezləri və yuyucu vasitələrlə də təmin etmək;
• Valideyin himayəsində məhrum olan, təhsildən yayınan uşaqları və küçə uşaqlarını Mərkəzə cəlb etmək məqsədilə onlarla görüşlər keçirmək, Mərkəzə cəlb etmək,birbaşa lazım olan yardımları göstərmək;
• Mərkəzə cəlb olunan insan alveri və potensial insan alveri qurbanlarının və uşaqların sənədlərinin düzəldilməsinə köməklik göstərmək;
• Mərkəzə müraciət edən və istiqamətləndirilən zorakılıq qurbanlarının ilkin ehtiyaclarını ödəmək, onlara birbaşa tibbi, psixoloji və pulsuz hüquqi yardımları göstərmək;
• Təhlükəsiz sığınacaqla təmin olunan qadın və uşaqları ərzaq məhsulları və gigiyenik vasitələrlə təmin etmək;
• Insan alveri qurbanlarının cəmiyyətdə effektiv sosial reabilitasiyası, sosial reinteqrasiya və dəstək mexanizmlərinin gücləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilmək.
• Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəznində fəaliyyət göstərən “İnsan alveri qurbanlarına Yardım Mərkəzi” və DİN in İAQMBİ tərəfindən Mərkəzə istiqamətləndirilmiş İnsan alveri qurbanlarına beynəlxalq təşkilarlar vasitəsilə yardım göstərilməsini təmin etmək, onların reabilitasiya və cəmiyyətə reinteqrasiya olunmalarına köməklik göstərmək.
• Beynəlxalq təşkilatları və QHT-nı insan alveri qurbanlarınin sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsinə cəlb etmək
• Könüllülərin köməyi ilə sığınacaqda qalan uşaqların təhsil imkanlarının gücləndirilməsi,onlarla məşgələlərin təşkil etmək;
• Gəncə və ətraf rayonlarda könüllü maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi.












