Azərbaycan Respublikasının QHT-lərinə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin icra etdiyi "Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin sosial problemlərinin həllinə dəstək" adlı layihə çərçivəsində işçi qurup Masallı rayonunda olub.
İşçi Qrup şəhid ailələrini, qaziləri ziyarət edərək onların qarşılaşdığı problemlər, üzləşdikləri çətinliklər ilə tanış oldub. Layihə müddətində müvafiq strukturlarla birgə əməkdaşlıq edilərək, bu problemlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.












