Göyçay Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri –Hökuümət Təşkilatlarınına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini Zivər Zeynalova qeyd etdi ki, təssüflər olsun həyata keçirilən tədbirlərə baxmayaraq erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki,Azərbaycanda həm də ,xarici ölkələrdə yaşayan soydaşlarımız ictimai fəal insanlar qeyri hökümət təşkilatlarının nümayindələri, ümümulikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı bu halların qarşısının alınmasında yaxında iştirak edərək öz dəstəklərini göstərməlidir.
Sonra söz “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevaya verildi. Samirə Mustafayeva erkən nikahların qarşısının alınması məqsədilə aparılan maarifləndirici tədbirin əhəmiyyətindən danışdı.
Erkən nikahların anlayışı, yetkinlik yaşına çatmayan şəxsi nikaha girməyə məcbur etmənin zorakılıq hesab edilməsi, nikaha girməyə məcbur etməyə görə məcbur edən şəxslərin, o cümlədən valideynlərin cinayət məsuliyyəti, zərərçəkmişin dövlət müdafiəsinin xüsusiyyətləri, o cümlədən erkən nikahdan doğulan uşaqların rəsmiləşdirilməsinin və dövlət müdafiəsinin xüsusiyyətləri, erkən nikahların doğurduğu hüquqi problemlər və onların həlli yolları barədə layihənin hüquqşünası Mətanət Əsgərova maraqlı məlumat verdi.
Layihə üzrə ekspert Nailə İsmayılova erkən nikahın baş vermə səbəbləri haqqında auditoriyaya məlumat verdi. Eyni zamanda o, erkən nikaha məcburetmənin sosial-psixoloji fəsadlarının yaranmasında valideynlərin məsuliyyət daşıdıdığını və lazım gəldikdə məsuliyyətə cəlb olunmalarının vacibliyini xüsusi olaraq qeyd etdi.
Tədbirdə Göyçay rayon Qeydiyyat Şöbəsinin rəisi Könül Məmmədova rayonda mütəmadi monotorinqlərin aparılması və belə halların qarşısının alınması barəsində məlumat verdi.
Azərbaycan Respublikasının Qeyri–Hökuümət Təşkilatlarınına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi üzrə meneceri Nigar Ağakişiyeva Agentliyin bu istiqamətdə layihələrə böyük önəm verildiyindən danışdı.
Sonda tədbirdə iştirak edənlərin sualları cavablandırıldı. Məxfilik qorunma şərtilə müraciət edilən insanlara hüquqi yardım edildi.












