Keniya xaricdə yaşayan vətəndaşlarını yalnız pul köçürmələri vasitəsilə deyil, ölkənin inkişafında daha fəal iştirak edən tərəfdaşlar kimi cəlb etməyə çalışır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Prezident Uilyam Ruto üç ildən əvvəl Diaspor Məsələləri üzrə Dövlət Departamentinin yaradıldığını açıqlayıb. Departamentin əsas məqsədi xaricdə yaşayan təxminən 4 milyon keniyalının bilik və bacarıqlarından ölkənin inkişafında istifadə etməkdir.

Departamentin baş katibi Rozelin Nyoqu bildirib ki, hökumət keniyalıların təhlükəsiz şəkildə xaricdə işləməsinə, bacarıqlarına uyğun imkanlar əldə etməsinə və qazandıqları təcrübəni ölkələrinin gələcəyinə yönəltməsinə şərait yaratmaq istəyir.

Onun sözlərinə görə, bu yanaşma Keniyanın qlobal əmək bazarı ilə əlaqələrini gücləndirməklə yanaşı, diasporun ölkənin iqtisadi və sosial inkişafındakı rolunu artırmağa xidmət edir.