ABŞ-nin süni intellekt şirkəti Anthropic hökumətlər və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlığını genişləndirir. Şirkətin “beneficial deployments” komandası səhiyyə, təhsil, humanitar yardım və elmi tədqiqat sahələrində tərəfdaşlarla işləyir.

QHT.az xarici mediaya istinadən bildirir ki, komandanın rəhbəri Elizabeth Kelly bu fəaliyyətin gəlir deyil, yalnız təsir və fayda əsasında qiymətləndirildiyini bildirib. Anthropic tərəfdaşlara Claude süni intellekt sistemi, mühəndis və texniki dəstək təqdim edir.

Lakin bu yanaşma müəyyən suallar da yaradır. Claude-un əməkdaşlıqların mərkəzində olması gələcəkdə QHT və dövlət qurumlarının Anthropic-in texnologiyasından uzunmüddətli asılılığına səbəb ola bilər. Xüsusilə təşkilatların iş proseslərini Claude-a uyğunlaşdırması sonradan başqa sistemə keçidi çətinləşdirə bilər.

Anthropic isə bildirir ki, Claude və texniki dəstəyi birlikdə təqdim etmək şirkətin tərəfdaşlara verdiyi əsas üstünlüklərdən biridir.