İsrailin hava məkanı İranın ballistik raket hücumlarına görə qısa müddətə bağlandıqdan sonra gələn reyslər üçün yenidən açılıb.

QHT.az xəbər verir ki, bundan əvvəl İsrail ordusu (IDF) İranın ölkə ərazisinə 6 dəfə ballistik raket zərbəsi endirdiyi barədə məlumat vermişdi. İsrail mətbuatının məlumatına görə, raketlərdən biri Beer-Şebada yaşayış binasına düşüb.

Son məlumatlara görə, Beerşebada ölənlərin sayı 4 nəfərə çatıb.

 

R.İmanov