Professor, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov Dövlət Məşğulluq Agentliyinin 2026-cı ilin ilk 6 ayında gördüyü işlər və işğaldan azad edilmiş ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi haqqında fikirlərini açıqlayıb.

 

QHT.az həmin fikirləri təqdim edir:

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 82 min şəxs münasib işlərlə təmin olunub, 385 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 9,1 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 109,2 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

 

İşğaldan azad edilmiş ərazilərə - doğma yurdlarına köçürülən sakinlərin məşğulluğunun təminatı işləri cari ildə də davam etdirilərək daha da genişlənib. Ümumilikdə ötən dövrdə sakinlərdən məşğulluğu təmin edilənlərin sayı artıq 11,5 mini ötüb.

 

900-dən çox sakin isə özünüməşğulluq proqramına cəlb olunub. Əsas hədəf qeyd edilən ərazilərdə məşğulluq proqramlarının genişləndirilməsidir və işəgötürənlərlə sıx əməkdaşlıqda bu sahədə birgə işlər görülür."