Meşə təbiətin insanlara bəxş etdiyi ən qiymətli sərvətlərindən biridir. Meşələr havanı təmizləyir. İqlimin tənzimlənməsində mühüm rol oynayır, torpağı eroziyadan qoruyur, su ehtiyatlarının formalaşmasına kömək etməklə bərabər minlərlə dərman bitkisini öz qoynunda yaşadır.

Meşələr çoxlu sayda heyvan və quşların yaşadığı bir məkandır. Bu çanlı təbii sərvətin insanlara və təbiətə verdiyi fayda o qədər çoxdur ki,onu saymaqla qurtarmaz. Bu gün ki, mövzumuz meşə yanğınları ilə bağlı olduğundan digər mövzulara növbəti saylarımızda toxunacağıq.

Meşə yanğınları yalnız ağacların yanması demək deyil. Baş vermiş yanğın hadisəsi illərlə,hətta onilliklərlə formalaşmış meşə ekosistemini qısa müddətdə məhv edə bilər.

Yanğın zamanı ağaclarla bərabər kollar, ot örtüyü, quşlar vəhşi heyvanlar və digər başqa canlılarda zərər görür. Torpaq münbitlliyini itirirməklə yanaşı onun humus qatında formalaşmış üzvü və meneral maddələr qismən məhv olur,eroziya artır və təbiətin özünü bərpa edib əvvəlki vəziyyətinə qayıtması üçün uzun illər tələb edir. Meşə ətrafında yaşayan kənd camaatı ilə maarifləndirici söhbət və tədbirlərin aparılması çox əhəmiyyətlidir.

Təcrübə göstərir ki,baş vermiş meşə yanğınlarına ilk yardım göstərən məhz meşə ətrafı məntəqələrdə yaşayan sakinlərdir. Bu nöqteyi nəzərlə yerli sakinlərlərin iştirakı ilə müxtəlif tədbirlərin həyata keçirilməsinin səmərəli olacağı heç bir şübhə doğurmur. Hər bir kənd sakini bilməlidir ki, meşəni qorumaq yalnız dövlət qurumlarının və yanğınsöndürənlərin vəzifəsi deyil. Bu iş bütün cəmiyyətin,xüsusilə meşə ətrafında yaşayan insanların ümumi məsuliyyətidir.

Bəzən insanlar bir ağacın yanmasını adi hadisə kimi qəbul edə bilərlər. Amma bir ağacın böyüməsi üçün illərnən vaxt lazımdır. Meşə isə tək-tək ağaclardan ibarət deyil. O,bir-biri ilə əlaqəli canlılar, torpaq, su, hava və bitkilərdən ibarət mürəkkəb ekosistemdir.

Atmosferi oksigenlə təmin edən bir nömrəli vasitə meşələrdir. Meşəni qorumaq gələcək nəsilləri qorumaq deməkdir. Meşə yanğınları ilə mübarizədə ən güclü vasitələrdən biri insanların maarifləndirilməsi və məsuliyyətli davranışıdır. Yanğınlar həmişə olub keçmişdə və gün,sadəcə müasir dövürdə ona qarşı müxtəlif üsullarla mübarizə aparmaq mümkündür.

Əlaqədar dövlət qurumları,İctimai təşkilatlar birdə yerli sakinlərin birlikdə bu məqsədlə kordinasiyalı şəkildə işləmələri artıq öz bəhrəsini verməkdədir. Meşə ətrafında yaşayan hər bir kənd sakini özünü meşənin sadəcə istifadəçisi deyil, həm də onun qoruyucusu hesab etməlidir. Meşələr ağ ciyərimiz, sağlamlıq mənbəyimizdir".

«Mühit» EMİ-nin sədri Əzizağa Hünbətəliyev