Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Məhkəmə-Hüquq Şurasına üzv seçilib.
QHT.az xəbər verir ki , Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkili, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən və məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.
MHŞ-nın tərkibilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
http://jlc.gov.az/mhs_terkibi.php
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ TƏRKİBİ
ÜZVLƏR
İNAM İMDAD OĞLU KƏRİMOV
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
ÇİNGİZ İSGƏNDƏR OĞLU ƏSGƏROV
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini
SƏNAN FİRUDİN OĞLU HACIYEV
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri
SƏADƏT İNAYƏT QIZI BƏKTAŞİ
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri
MÜBARİZ DOSMƏMMƏD oğlu ƏKBƏROV
Bakı Apelyasiya Məhkəməsinin sədri
TOFİQ TEMİR oğlu PAŞAYEV
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri
İSMAYIL KAMİL OĞLU XƏLİLOV
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
KAMRAN ŞAKİR OĞLU SÜLEYMANOV
Lənkəran Rayon Məhkəməsinin sədri
TOĞRUL MƏHƏMMƏD OĞLU ƏLİYEV
Yevlax Rayon Məhkəməsinin sədri
KAMRAN RAUF OĞLU ŞƏFİYEV
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
MƏHƏMMƏD FƏXRƏDDİN OĞLU QULUZADƏ
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri
SƏFA ABBAS OĞLU MİRZƏYEV
Hüquq ictimaiyyətinin nümayəndəsi












