İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü keçirib. “Açıq qapı” gününün keçirilməsində məqsəd iştirakçıları qurumun “Vətəndaş müraciətləri və sənədlərlə iş” departamentinin fəaliyyəti ilə tanış etmək, vətəndaş müraciətlərinin qəbul prosesi və həlli istiqamətində görülən işlər barədə məlumatlandırmaq və ünvanlanan sualları cavablandırmaq olub.
QHT.az xəbər verir ki, bu sözləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova deyib.
Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Qeyd edilən müddət ərzində 1399 vətəndaş Agentliyin İdarə Heyətinin sədri və müvafiq departamentlərin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilib. Müraciət edən vətəndaşlar arasında əsasən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Xaçmaz, Beyləqan, Qəbələ rayon sakinlərinin müraciətləri çoxluq təşkil edib.
Qəbul zamanı qaldırılan məsələlər, əsasən, müayinə-müalicə, dərman vasitələri, tibbi sərfiyyatla təminat, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərişlərin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb.
Pərvanə Fərhadqızı












