"Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədə İnternet Forumun prezidenti Osman Gündüz QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, yeni layihə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanıb: "Dövlət satınalmaları prosesinin xeyli təkmilləşdiriləcəyi, yeni yanaşmaların olacağı gözlənilir. Vətəndaş cəmiyyəti hələlik bu prosesdə iştirak etməyəcək”.
Ötən il BMT Azərbaycanda elektron hökumətin inkişafını olduqca mənfi qiymətləndirildiyini vurğulayan Osman Gündüz həmçinin qeyd edib ki, vətəndaşların dövlət idarəetməsində elektron iştirakçılıq imkanları məsələlərinə sıfır bal verilib: “BMT gələn il həmin hesabatı yenidən açıqlayacaq, dəqiq bilirəm ki, artıq indidən Azərbaycanın rəqəmsal və eGov mühitini monitorinq edib qiymətləndirirlər. "0" bal istəmirsinizsə, xahiş edirik aktiv olun!”.
Pərvanə Fərhadqızı












