Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov hicab və niqabdan istifadə, eləcə də geyim azadlığı ilə bağlı fikirlərini bölüşüb.

QHT.az həmin fikirləri təqdim edir:

"Əgər bütün cəmiyyətlərdə hər kəsin istədiyi kimi geymək azadlığı olsaydı təhlükəli olmazdı. Hicablıların sayı qadın əhalinin 20-30 faizini keçsə, hamı məcbur olacaq bürünməyə. Çünki küçələrdə onları təqib edəcəklər, məktəbdə, iş yerində onlar kimi geyməyənlərə qarşı qısnama başlayacaq.

Əgər geyim azadlığı varsa niyə Əfqanstanda, Somalidə və s. islamın tam bərqərar olduğu ölkələrdə hicabsız gəzmək qadağandı və bəzi ölkələrdə edama qədər cəza var?

Körpə uşağını dini paltar geyməyə məcbur edənlər niyə hesab edir ki, hamı onların körpə balasına nəfs salacaq? Bəlkə özü…

Niqab kişinin gözündə olmaldır, qadının üzündə yox.

Bizdə islam min ildən çoxdur mövcuddur. Baxın folklorumuza. Hardadı niqab, hicab? Şarilərimiz, aşıqlarımız gözəlliyi vəsf edən minlələ folklor nümunələri yaradıb. Nigab olan yerdə gözəlliyi vəsf etmək olar?

Bəzə bu hicab və niqab yaxın 150 ildə gəlib.