Yay aylarında Bakı səmasında havanın açıq və aydın olduğu günlərdə uçan sərnişin təyyarələrinin arxasınca uzanan buluda bənzər ağ izlərə hər gün rast gəlirik. İlk baxışdan adi və zərərsiz görünən bu tüstü izləri əslində aviasiya nəqliyyatının atmosferə buraxdığı emissiyalar barədə düşünmək üçün bizə bir əsas verir.
Məlumdur ki, müasir təyyarələrinin əsas yanacağı aviasiya gerasinidir. Yanacağın yanması nəticəsində atmosferə karbon qazı, su buxarı, azot oksidləri, kükürd oksidləri və digər maddələr daxil olur. Bu emissiyaların miqdarı təyyarənin tipindən, mühərrikindən, uçuş rejimindən və istifadə olunan yanacağın xüsusiyyətlərindən asılıdır.
Bakı kimi böyük və sıx məskunlaşmış şəhərlərdə atmosfer havasının keyfiyyətinə təsir edən bütün mənbələrin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Ona görə də hava nəqliyyatından yaranan emissiyaların şəhər atmosferinə təsirinin elmi əsaslarla monitorinq edilməsi və nəticələrin ictimaiyyətə açıqlanması vacibdir. Məsələnin digər mühüm tərəfi isə hava nəqliyyatının yaratdığı potensial təhlükəsizlik riskləridir.
Milyonlarla insanın yaşadığı Bakı kimi böyük şəhərin üzərində, sərnişin və hərbi təyyarələrinin uçuşu zamanı texniki nasaslıq, fövqaladə vəziyyət və ya qəza baş verərsə, insan həyatı və şəhərin ümumi təhlükəsizliyi baxımından ciddi ağır nəticələr yarana bilər. Səmanın tam açıq olduğu yay aylarında Abşeron göylərində uçan saysız-hesabsız təyyarələri dəfələrlə müşahidə etmiş və bu yazını ictimaiyyələşdirmək qəraına gəlmişəm.
Hansıki araşdırma aparsaq məni daha çox narahat edən qəza halları dünyanın digər ölkələrində dəfələrlə baş verib. Düşünürəm ki, belə risk altında yaşamaqdansa problemin həllinə nail olmaq üçün yollar axtarmalıyıq.
Bu səbəbdən yalnız emissiyaların deyil, insanların sıx məskunlaşdığı şəhərlər üzərində hava nəqliyyatının yaratdığı mümkün risqlərin də qiymətləndirilməsi vacibdir. Bu problemlə bağlı Milli Məclisə, Ekologiya və Təbii Sərvətlər və Fövqaladə hallar Nazirliklərinə müraciət edərək Bakı səmasında hava nəqliyyatından yaranan emissiyaların atmosfer havasına təsirinin araşdırılmasını, müvafiq monitorinqlərin aparılmasını və mümkün ekoloji və təhlükəsizlik risklərinin qiymətləndirilməsini xahiş edirik.
Çünki şəhərin üzərində görünən hər iz sadəcə səmada qalan ağ xətt deyil. Bəzən həmin izlər bizə görünməyən təsirlər, ekoloji məsuliyyət və insan təhlükəsizliyi barədə düşünməyin vacibliyini xatırladır. Bu məsələ yalnız havaya atılan emissiyaların hesablanması ilə məhdudlaşmamalıdır.
Avropanın ən böyük şəhərlərindən olan Bakı kimi milyonlarla insanın yaşadığı bir məkanda həm ekoloji təsirlər, həm də hava nəqliyyatının yaratdığı potensial təhlükəsizlik riskləri diqqətdə saxlanılmalıdır. Müvafiq qurumların bu istiqamətdə monitorinq və araşdımalar aparması, nəticələri ictimaiyyətə açıqlaması vacibdir. Çünki səmanın mavi görünməsi havanın tamamilə təmiz olduğu anlamına gəlmir. Bəzən gözümüzün gördüyü sadə bir iz bizə daha böyük bir məsuliyyəti xatırladır.
Şəhərimizin havasını, insan həyatını və gələcək nəsillərin təhlükəsizliyini qorumaq bizim ümumi məsuliyyətimizdir. Bakı səmasında görünməz izlərə biganə qalmayaq, vaxtında görək, araşdıraq və gələcək nəsillər üçün nəticə çıxaraq!
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev












