Dünya Bankı aşağı və orta gəlirli ölkələrdə xərçəng xəstəliyi ilə mübarizəni gücləndirmək üçün yeni maliyyələşdirmə strategiyası təqdim edib. Bu ölkələrdə xərçəng hallarının artmasına baxmayaraq, xəstəliyin qarşısının alınması və müalicəsi üçün kifayət qədər maliyyə vəsaiti yoxdur.

QHT.az xarici mediaya istinadən bildirir ki, Dünya Bankının yeni strategiyası səhiyyə sistemlərinin ümumi inkişafından fərqli olaraq, xüsusi olaraq xərçənglə mübarizəyə yönəlib. Məqsəd maliyyə imkanları məhdud olan ölkələrdə xəstəliyin yaratdığı problemlərin həllinə dəstək vermək və müalicə imkanlarını yaxşılaşdırmaqdır.

Məlumatda, həmçinin Çinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə seçkilərlə bağlı son anda namizədlik təşəbbüsü irəli sürdüyü bildirilir.