Sertfikatlaşma prosesi keçən ildən başlamış bir prosesdir. Birinci il ibtidai sinif müəllimləri cəlb olundu, bu il isə azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edir. Sertfikasiya pilləli olaraq bütün ixtisas müəllimlərini əhatə edəcəkdir.
Bu barədə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Gunel Səfərova QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, bu gün 161 saylı məktəbdə sertifikatlaşma prosesinin imtahan mərhələsini keçirildi: “Bu proses yalnız müəllimlərin biliklərinin yoxlanılması deyil, eyni zamanda müəllimin biliyinin qiymətləndirilməsi, özünü qiymətləndirmə, həvəsləndirilməsi, güclü və zəif tərəflərimizin öyrənilməsi və sonda keyfiyyətli təhsil üçün addımdır. Biz əmin olmaq istəyirik ki, müəllimlərimiz öz mövzularını, öz fənlərini yaxşı bilirlər, mənimsəyiblər və bunu uşağa da ötürə biliblər. Sertfikasiya prosesinin yığdıqları baldan asılı olaraq motivasiya ondan ibarətdir ki, onların əmək haqqlarında müəyyən fərqliliklər olur”.
Gunel Səfərova qeyd edib ki, bu prosessin şəffaf keçirilməsinə nəzarət etmək üçün Elm və Təhsil Nazirliyi yanında İctimai Şura və İctimai fəal insanlar, jurnalistlər mediatur təşkil olundu: “Prosesi videogörüntülərdə də izləmək imkanımız oldu. Burada hər bir şey elektron formada təşkil olunur. Suallar olur, maksimal bal 60 baldır. Suallara cavab verən müəllim cavabları yükləyir və anında səhflərini görür. Heç kəs istəməz ki, onun övladına və ya Azərbaycan övladına fənnini bilməyən, bilgisi olmayan insan dərs desin. Prosesin elektronlaşması şəffaflıq üçün mühüm addımdır. Hər birimiz bu prosessdən keçməliyik. Uğurlar dəyərli müəllimlər”.
Pərvanə Fərhadqızı












