Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə geniş uşaq auditoriyasını əhatə edən nağıl günlərinə start verilib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Fariz Əkbərov məlumat verib. O, qeyd edib ki, tədbirdə Komitə sədri Bahar Muradova, Türkiyə Respublikasından dəvət olunmuş musiqiçilər Taner Baba və Tahir Aynenin müşayiəti ilə nağılçılar Hilal Koçyiğit və Ertuğrul Bozkurt, azərbaycanlı yazar Solmaz Amanova iştirak ediblər.
Qeyd edək ki, nağıl günlərinin təşkil edilməsində əsas məqsəd uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.
Nağıl günləri 23 iyunadək davam edəcək.
Pərvanə Fərhadqızı












