Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aparatının rəsmiləri iştirak ediblər.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a məlumat verib: “Dəyirmi masada önəmli məsələlər, o cümlədən vətəndaş cəmiyyətinin məişət zorakılığı ilə mübarizə çərçivəsində qarşılaşdığı çətinliklər və problemlər müzakirə edilib. Fikrimcə, belə formatda dəyirmi masaların keçirilməsi məişət zorakılığı ilə mübarizəni daha da effektiv edə bilər. Bu səbəbdən belə tədbirlərin ardıcıl olaraq keçirilməsinə ehtiyac var. Düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şura olaraq belə tədbirlərin keçirilməsini dəstəkləməliyik”.
Pərvanə Fərhadqızı












